Məhkəmə iclasında QAN TÖKÜLDÜ: Prokuror hakimi silahla vurdu

Məhkəmə iclasında QAN TÖKÜLDÜ: Prokuror hakimi silahla vurdu

Dünya 13.01.2026 15:30 611

İstanbulun Kartal rayonunda yerləşən Regional Apellyasiya Məhkəməsində silahlı insident baş verib.

Az24.az xəbər verir ki, prokuror M.Ç.K. keçmiş həyat yoldaşı olan hakim A.K.-ya silahla atəş açıb. Hadisə məhkəmə iclası davam edərkən baş verib.

Silahlı hücum nəticəsində qadın hakim ayağından yaralanıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. Yaralı hakim dərhal xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Hadisədən sonra məhkəmə binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı hücumu törədən prokuror hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Məhkəmədə baş verən bu hadisə Türkiyə ictimaiyyətində və sosial mediada geniş müzakirələrə səbəb olub. İstintaqın nəticələri ilə bağlı əlavə məlumatların açıqlanacağı bildirilir.

Dəniz

Reklam