Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Dünyanın müxtəlif ölkələrində hərbi xidmətə çağırış qaydaları fərqli formalarda tətbiq olunur. Bəzi dövlətlərdə məcburi hərbi xidmət mövcud olduğu halda, digərlərində ordu tamamilə könüllülük və peşəkarlıq prinsipi əsasında formalaşdırılır. Xüsusilə müharibə təcrübəsi olan ölkələrin əksəriyyəti hələ də məcburi əsgərlik modelindən imtina etməyib. Maraqlıdır, müharibə görmüş ölkələr niyə məcburi əsgərlikdən imtina etmir?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu, əsasən ölkələrin müdafiə və təhlükəsizlik strategiyası ilə bağlıdır. Onun sözlərinə görə, bəzi ölkələrdə hərbi xidmət mütləq vətəndaş borcu hesab olunur, digərlərində isə könüllülük əsasında həyata keçirilir.
“Qardaş Türkiyədə əsgərliyə çağırış 21 yaşında aparılır, məcburi hərbi xidmət 12 ay, ali təhsillilər üçün isə 6 ay təşkil edir. Zaman-zaman bu sahədə islahatlar aparılır ki, mövcud problemlər aradan qaldırılsın”.

Üzeyir Cəfərovun sözlərinə görə, İsraildə 18 yaşı tamam olmuş və ya 12-ci sinfi bitirmiş həm kişilər, həm də qadınlar məcburi şəkildə hərbi xidmətə çağırılır.
“Qanunvericiliyə əsasən, ərəblər, hamilə və evli qadınlar hərbi xidmətə cəlb edilmir. İsraildə qadınlar üçün xidmət müddəti 2 il, kişilər üçün isə 3 ildir. Şimali Koreyada isə hərbi xidmət müddəti tamamilə fərqli və daha uzundur”.
Ekspert xatırladıb ki, Fransada bir vaxtlar məcburi hərbi xidmət mövcud olsa da, 2000-ci illərin əvvəllərindən bu sistem ləğv edilərək peşəkar ordu modelinə üstünlük verilib.
“İngiltərə və Pakistan da peşəkar orduya malik ölkələr sırasındadır. Pribaltika ölkələrində isə SSRİ dağıldıqdan sonra, müstəqillik dövründə Latviyada məcburi hərbi xidmət təxminən 19 il əvvəl ləğv olunub”.
Üzeyir Cəfərov bildirib ki, müharibə görmüş ölkələrdə, o cümlədən Azərbaycanda hazırda məcburi hərbi xidmət sistemi saxlanılır. Onun fikrincə, bu model ölkənin müdafiə və təhlükəsizliyinin təmin olunmasına hesablanıb:
“Bəlkə də gələcəkdə bizdə də buna ehtiyac qalmayacaq və Türkiyə modelinə keçid mümkün olacaq. Ancaq məcburi hərbi xidmət eyni zamanda bahalı sahədir və büdcənin xeyli hissəsini tutur. İnkişaf etmiş ölkələr bu sahədə əsas problemləri həll etdikdən sonra mərhələli şəkildə məcburi hərbi xidmətdən imtina edirlər”.
Ekspertin fikrincə, məcburi əsgərliyin ləğvi üçün əsas şərt ölkənin təhlükəsizlik risklərinin minimuma endirilməsi və peşəkar ordunun tam formalaşdırılmasıdır.
Reklam
Oxşar xəbərlər
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı