Azərbaycanda məşhur şirkətdə milyonlarla manat sərmayə geri götürüldü – Nə baş verir?
Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi dəyişib.
Az24.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, Azər Vaqif oğlu Cəlilov “Avtolüks Azərbaycan”a yeni qanuni təmsilçi təyin olunub. O, bu vəzifədə Vasif Bairamovu əvəzləyib.
Eyni zamanda bugünlərdə şirkət yenidən nizamnamə kapitalının kəskin azaldıldığını elan edib.
“Avtolüks Azərbaycan” bu dəfə nizamnamə kapitalını 17 milyon manatdan yarım milyon manata endirir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkət daha əvvəl nizamnamə kapitalını ötən ilin sentyabrında 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.
Qeyd edək ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi “Avtolüks Azərbaycan” şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “Avtolüks Azərbaycan” 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.
Reklam
Oxşar xəbərlər
Bu sahibkarlara güzəşt ediləcək
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Bu tikinti şirkəti ləğv olunur
Vergi Xidmətində onlara yüksək vəzifə verildi