Keçmiş baş nazir həbs edildi, əmlakı müsadirə olundu

Keçmiş baş nazir həbs edildi, əmlakı müsadirə olundu

Dünya 12.01.2026 17:13 15

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Az24.az xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili açıqlama verib.

Bildirilib ki, məhkəmə qərarına əsasən Qaribaşvili 1 milyon lari (təxminən 371 min ABŞ dolları) məbləğində cərimələnib. Eyni zamanda, qanunsuz yolla əldə edildiyi iddia olunan gəlirlər və aparılan axtarışlar zamanı müsadirə edilən vəsaitlərin dövlətin xeyrinə alınması nəzərdə tutulur.

Qeyd edək ki, İrakli Qaribaşvili Gürcüstanda iki dəfə — 2013–2015 və 2021–2024-cü illərdə Baş nazir vəzifəsini icra edib. O, 2024-cü il fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilsə də, həmin ilin aprelin 25-də bu postdan istefa verərək aktiv siyasətdən uzaqlaşdığını bəyan edib.

Dəniz

Reklam