Avtomobillə uzun səfərə çıxmazdan əvvəl bunlara DİQQƏT EDİN

Avtomobillə uzun səfərə çıxmazdan əvvəl bunlara DİQQƏT EDİN

Avto 12.01.2026 19:55 6

Uzun səfərə çıxmazdan əvvəl avtomobilin vəziyyəti və sürücünün hazırlığı xüsusi önəm daşıyır.

Yol boyu təhlükəsizlik və rahatlıq üçün aşağıdakı məqamlara diqqət etmək vacibdir:

Avtomobilin texniki vəziyyəti
Səfərdən öncə mühərrik yağı, əyləc sistemi, soyuducu maye və şüşəsilən suyu yoxlanmalıdır. Təkərlərin hava təzyiqi və protektorun vəziyyəti nəzarətdə saxlanmalı, ehtiyat təkərin yararlı olub-olmadığına əmin olunmalıdır. Akkumulyatorun vəziyyəti və işıq sistemləri də mütləq yoxlanmalıdır.

Yanacaq və marşrut planı
Yanacaq səviyyəsi yola çıxmazdan əvvəl kifayət qədər olmalıdır. Gediləcək marşrut əvvəlcədən planlaşdırılmalı, mümkün istirahət dayanacaqları və yanacaqdoldurma məntəqələri nəzərə alınmalıdır.

Sürücünün fiziki və psixoloji durumu
Uzun yol üçün sürücünün dincəlmiş olması əsas şərtdir. Yorğunluq və yuxusuzluq diqqətin azalmasına səbəb olur. Yol boyu mütəmadi fasilələr vermək, bədəni hərəkət etdirmək tövsiyə olunur.

Təhlükəsizlik vasitələri
Birinci tibbi yardım çantası, yanğınsöndürən balon, xəbərdarlıq üçbucağı və reflektor jilet avtomobildə mütləq olmalıdır. Təhlükəsizlik kəmərləri həm sürücü, həm də sərnişinlər üçün bağlanmalıdır.

Sənədlər və əlaqə vasitələri
Sürücülük vəsiqəsi, texniki pasport, sığorta sənədləri əl altında saxlanmalıdır. Mobil telefonun batareyası dolu olmalı, mümkün olduqda avtomobil üçün şarj cihazı götürülməlidir.

Hava şəraiti və yol qaydaları
Yola çıxmazdan əvvəl hava proqnozu öyrənilməli, yol şəraitinə uyğun sürət və idarəetmə seçilməlidir. Yol hərəkəti qaydalarına əməl etmək həm təhlükəsizliyi, həm də səfərin rahat keçməsini təmin edir.

Bu sadə, lakin vacib məqamlar uzun yol səfərini daha təhlükəsiz və problemsiz etməyə kömək edəcək.

Dəniz

Reklam