Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində artım qeydə alınıb. Ən çox bahalaşma Səbail və Yasamal rayonlarında müşahidə olunub. Ən zəif artım isə Qaradağ və Pirallahıda olub.
Bəs bu il üçün proqnoz nədir?
Az24.az milli.az-a istinadən xəbər verir ki, rieltor Anar Rəfiyevin sözlərinə görə, ən çox qiymət artımı çıxarışı olan torpaq sahələrində müşahidə olunur:
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir. Xəzərin sahilindəki evlərin qiyməti də mərkəzdəki evlərin qiymətinə yaxınlaşıb. Buna səbəb isə bağ evlərinin istirahət üçün tikilməsi artıq populyarlaşıb. Lakin belə bir faktor var ki, əmlaka çox baha qiymət qoyanda ona maraq azalır”.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki,hər hansı yeni tikinti sahəsinin icrası ərazidəki torpaq sahəsinin və bütünlükdə daşınmaz əmlakın qiymətinin artımına səbəb olur:
“Bakı şəhərinin baş planı 2040-cı ilədək həyata keçməsi elə bir zərurət yaradır ki, torpaq sahələri daha çox tələb olunsun. Buna görə də torpaq sahələrinin qiyməti gələn ildə də artımı olacağı gözlənilir”.
Ekspert qeyd edir ki, 2026-cı ildə bir çox sənədsiz yaşayış evlərinin rəsmiləşdirilməsi gözlənilir. Bu proses torpağın təyinatının dəyişdirilməsi əsasında həyata keçirilə bilər.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək