Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Şəxsiyyət vəsiqəsi hər bir vətəndaş üçün ən vacib sənədlərdən biridir. Bu sənəd fərdi identifikasiyanı təsdiqləyir və gündəlik həyatda müxtəlif hüquqi, maliyyə və inzibati əməliyyatların həyata keçirilməsi üçün tələb olunur. Lakin bəzən vətəndaşlar şəxsiyyət vəsiqələrini itirə və ya oğurlana bilərlər. Belə hallarda qanun və qaydalar vətəndaşın hüquqlarının qorunması və itkinin düzgün qeydiyyata alınması məqsədilə müəyyən öhdəliklər qoyur.
Vətəndaş, vəsiqəsini itirdiyi zaman, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqəni verən orqana yazılı şəkildə məlumat verməlidir. Bu prosedur itkinin qanuni olaraq qeydə alınmasını və zəruri hallarda əvəz sənədin verilməsini təmin edir.
-Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
– Vətəndaş şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun məbləği:
– 10 gün müddətində verildikdə 30 manat;
– 3 iş günü müddətində verildikdə 70 manat;
– 1 iş günü müddətində verildikdə 90 manat:
Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR