İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA

İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA

Dünya 12.01.2026 09:40 9

İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlar 15-ci günündə də davam edərkən, ABŞ Prezidenti Donald Trampdan diqqətçəkən açıqlama gəlib.

Az24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nüvə məsələsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-la əlaqə saxlayıb.

“Onlarla görüşə bilərik”, – deyən Tramp, görüşün ABŞ-ın İrana qarşı mümkün hərbi addımından sonra baş tuta biləcəyini də qeyd edib.

Prezidentin sözlərinə əsasən, ABŞ İran rejiminin etirazçılara atəş açmasına biganə qalmayacaq və əvvəlcə nümayişçilərin dəstəklənməsi məsələsi ön planda olacaq. Onun dediklərinə görə, İran hakimiyyəti artıq ABŞ-ın müəyyən etdiyi “qırmızı xətti” keçib. Tramp deyib ki, Vaşinqtonun qarşısında “çox çətin seçimlər” var və bu qərarlar yaxın zamanda veriləcək.

“İran liderləri dünən danışıqlar üçün zəng etdilər. Düşünürəm ki, ABŞ tərəfindən sıxışdırılmaqdan yorulublar. Onlarla görüşə bilərik, görüş planlaşdırılır. Lakin görüşdən əvvəl baş verənlərə görə hərəkətə keçmək məcburiyyətində qala bilərik.”

Məlumatlara görə, aksiyalar zamanı həlak olanların sayı 538-ə çatıb, 10 mindən çox insan saxlanılıb.

Rəsmi Tehran ölənlərin sayı ilə bağlı açıqlama verməsə də, etirazların 28 dekabr 2025-ci ildən başlayaraq ölkənin bir çox şəhərinə yayıldığı bildirilir.

Dəniz

Reklam