Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe göstərməyə çağırıb.
Az24.az xəbər verir ki, Prezident müraciətində xalqı meydanlara çıxmağa və etirazların manipulyasiya edilməsinə imkan verməməyə səsləyib.
Pezeşkian bildirib ki, İran cəmiyyəti dinc etirazları qəbul etsə də, məscidlər və ictimai binaları yandıran hərəkətləri qətiyyətlə rədd edir:
“Hökumət dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə dialoq qurmağa hazırdır. Lakin baş verən iğtişaşlarda xarici qüvvələrin, xüsusilə ABŞ və İsrailin rolunun olduğu şübhəsizdir.”
Qeyd edək ki, dekabrın 28-də milli valyutanın dəyər itirməsi ilə başlayan etirazlar artıq 14 gündür ki, davam edir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO
Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək