“Boeing” “Kızılelma”nın kölgəsində qaldı

“Boeing” “Kızılelma”nın kölgəsində qaldı

Texnologiya 11.01.2026 19:54 6

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA, reaktiv mühərrikli hava hədəfini vuran ilk pilotsuz döyüş təyyarəsi olub.

KIZILELMA bu uğura Amerika şirkəti “Boeing” tərəfindən istehsal olunan “MQ-28 Ghost Bat”dan əvvəl imza ataraq mühüm nailiyyət əldə edib.

Boeing tərəfindən hazırlanan MQ-28 pilotsuz döyüş təyyarəsi isə AIM-120 AMRAAM Görüşdənkənar Hava-Hava Raketinin sınaq atışını KIZILELMA-nın atışından 11 gün sonra, dünən həyata keçirib.

“İlk olma” titulunu KIZILELMA-ya uduzan “Boeing MQ-28″in bəzi çatışmazlıqları da diqqət çəkib.

SAVTEK saytının redaktoru Sadıq Bilici bildirib ki, KIZILELMA hədəfi öz radarı ilə müəyyən etdiyi halda, MQ-28 bunu E-7A havadan erkən xəbərdarlıq təyyarəsinin köməyi ilə edib.

“Radar dəstəyi ilə yanaşı, sınaq atışı zamanı F/A-18F Super Hornet adlı pilotlu döyüş təyyarəsi də MQ-28 ilə birlikdə fəaliyyət göstərib. Hornet hədəfi aşkar edib izlədikdən sonra hədəfləmə məlumatları üç platforma arasında paylaşılıb. Yəni MQ-28, Bayraktar KIZILELMA kimi hədəfi öz radarı ilə tapıb tanıyaraq raketi buraxmayıb”.

Bilici MQ-28-in həyata keçirdiyi atışda hədəfin vurulma anına dair vizual materialın paylaşılmadığına da diqqət çəkib: “Halbuki KIZILELMA-nın atışında hədəfin vurulduğu anı göstərən video da təqdim olunmuşdu. KIZILELMA, MQ-28 Ghost Bat-dən bir neçə pillə üstün pilotsuz döyüş təyyarəsidir”.

Dəniz

Reklam