Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO
Kolumbiyada baş verən təyyarə qəzası ölkəni sarsıdıb.
Az24.az-ın məlumatına görə, “El Tiempo” nəşri musiqiçiləri daşıyan özəl təyyarənin Medellin şəhərinə uçuş zamanı qəzaya uğradığını bildirib.
Qəza hava gəmisinin havaya qalxmasından az sonra baş verib. İlkin məlumatlara əsasən, təyyarədə olan altı nəfərin hamısı həyatını itirib, xilas olan olmayıb.

Faciə nəticəsində 35 yaşlı pop müğənni Yeison Jimenez və onun qrup üzvləri dünyasını dəyişib. Medellində konsert proqramı ilə çıxış etməyə hazırlaşan sənətçinin ölümü Kolumbiyada geniş kədər və sarsıntı ilə qarşılanıb.
Maraqlı məqam isə odur ki, Yeison Jimenez qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı narahatedici yuxular gördüyünü danışmışdı. Müğənni bildirib ki, yuxularında bir neçə dəfə təyyarə qəzası ilə üzləşib, hətta pilotdan uçuşu dayandırmağı xahiş etdiyini və bir yuxusunda isə öz ölümünün xəbər manşetlərinə çevrildiyini gördüyünü deyib.
Bu açıqlamalar faciədən sonra sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək