Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO

Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO

Hadisə 11.01.2026 09:42 157

Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olub.

Az24.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrə yayılıb.

Hadisə dünən axşam saatlarında Bakıxanov qəsəbəsində yerləşən “Firuzə” şadlıq sarayında baş verib.

Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Toy sahibinin “Allah bəlanızı versin” ifadəsidə diqqətdən qaçmayıb.

Dəniz

Reklam