Sabiq deputat vəfat etdi – FOTO
İstiqlalçı deputat, keçmiş polis rəisi, əslən Naxçıvan MR Şərur rayonunun Oğlanqala kəndindən olan Allahverdi Həsənov bu gün vəfat edib.
Az24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun həmkəndliləri bildiriblər. Onun nəşi bu gün doğulduğu Şərur rayonunun Oğlanqala kəndində torpağa tapşırılıb.
Allahverdi Həsənov 90-cı illərdə həm də Şərur rayonunun polis rəisi olub. Bu, ermənilərin Naxçıvana aramsız silahlı hücumlar etdiyi dövrə təsadüf edib. O, Naxçıvanın ermənilərdən müdafiəsində yaxından iştirak edib.
Allahverdi Həsənov Azərbaycan Ali Sovetinin deputatı olub. O, Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri olub.
Allahverdi Həsənov 2007-ci ildə Daxili İşlər orqanlarından təqaüdə çıxmışdı.

Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
11.01.2026
15:07
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
11.01.2026
09:42
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
10.01.2026
21:56
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
10.01.2026
21:50
Tanınmış alim vəfat etdi – FOTO
10.01.2026
15:14
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
10.01.2026
11:18
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10.01.2026
09:45
Həkimin idarə etdiyi maşın kanala düşdü – Ölən var
10.01.2026
09:00
Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanılıb
09.01.2026
21:23