Tramp İranı yenidən təhdid etdi: “Müdaxiləyə hazırıq”

Tramp İranı yenidən təhdid etdi: “Müdaxiləyə hazırıq”

Dünya 10.01.2026 23:46 6

ABŞ Prezidenti Donald Tramp, İranda davam edən etirazlar fonunda Tehran rəhbərliyinə qarşı növbəti sərt bəyanat verib. Tramp Vaşinqtonun hadisələrə hərbi müdaxilə etməyə hazır olduğunu bildirib və “İran azadlığa heç vaxt olmadığı qədər yaxındır” ifadəsini işlədib.

AZ24.az xəbər verir ki, ABŞ Prezidenti sosial media hesabında və Ağ Evdə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, əgər İranda nümayişçilərə qarşı zorakılıq davam edərsə, ABŞ müdaxilə etməyə hazırdır. Tramp həmçinin bildirib ki, bir neçə həftə əvvəl heç kimin ağlına gəlməyən hadisələr baş verib və xalq bəzi şəhərlərdə idarəçiliyi ələ keçirib.

İranda 28 dekabr 2025-ci ildə başlayan etirazlarda rəsmi olmayan məlumatlara görə, 15-i təhlükəsizlik əməkdaşı olmaqla 65 nəfər həlak olub, 2 311 nəfər isə saxlanılıb. Etirazların əsas səbəbi yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və yaşayış xərclərinin artmasıdır.

İranın ali lideri Əli Xamaney isə Trampa cavab olaraq ölkəsinin işlərinə qarışmağa çağırıb və ABŞ-ni nümayişçiləri təhrik etməkdə ittiham edib.

Reklam