Avtomobili mühərrik isinmədən sürmək olar?

Avtomobili mühərrik isinmədən sürmək olar?

Avto 10.01.2026 19:14 7

Köhnə avtomobillərdə (xüsusilə karbüratorlu mühərriklərdə) mühərrikin uzun müddət boş işləməsi vacib idi. Müasir, inyeksiyalı mühərriklərdə isə bu artıq zəruri deyil.

Mühərriki işə saldıqdan sonra 30–60 saniyə gözləmək kifayətdir. Bu müddətdə yağ mühərrik hissələrinə yayılır

Sonra avtomobili sakit rejimdə hərəkətə başlamaq olar.

Nələrə diqqət etməli?

İlk 5–10 dəqiqə ərzində yüksək sürət yığmayın, mühərriki yüksək dövriyyəyə qaldırmayın, kəskin sürətlənmədən qaçın

Mühərrik soyuq olanda yağ tam öz ideal axıcılığına çatmır, hissələr arasında sürtünmə artır, mühərrik və turbin (əgər varsa) daha tez köhnələ bilər.

Qış aylarında vəziyyət necədir?

Qışda mühərriki uzun müddət boş yerə işlətmək məsləhət deyil. Bu yanacaq sərfini artırır, katalizatorun gec isinməsinə səbəb olur.

Ən yaxşı üsul – qısa müddət gözlə → yavaş sür → mühərrik hərəkət zamanı isinsin.

Avtomatik sürətlər qutusu olan maşınlar

Avtomatik transmissiya üçün də eyni qayda keçərlidir:

-işə saldıqdan sonra qısa müddət gözləyin

-ilk dəqiqələrdə qəfil sürətlənməyin

Dəniz

Reklam