Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətində yeni kadr təyinatı həyata keçirilib.
Az24.az xəbər verir ki, Zara İbrahimzadə Bankın Baş İcraçı Direktorunun müşaviri vəzifəsinə təyin olunub. Z.İbrahimzadə 2023-cü ilin fevral ayından etibarən “PAŞA Bank”ın Marketinq departamentinin direktoru vəzifəsində çalışırdı.
O, bundan əvvəl ABB-də Marketinq departamentinin direktoru olub və bu vəzifəyə 2020-ci ilin dekabrında təyin edilmiş, 2023-cü ilin yanvarında isə ABB-dən ayrılmışdı.
Corc Mason Universitetinin (ABŞ) məzunu olan Zara İbrahimzadə son 15 il ərzində Türkiyədə fəaliyyət göstərib.
Peşəkar karyerası ərzində “LUKOIL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə kimi iri şirkətlərdə çalışaraq müxtəlif marketinq və PR layihələrinə rəhbərlik edib.
Yeni təyinat bankın strateji kommunikasiya, brend mövqeləndirmə və beynəlxalq bazarlarda institusional imicinin gücləndirilməsi istiqamətində idarəetmə xəttini daha da möhkəmləndirən addım kimi qiymətləndirilir. (kredit.az)
Reklam
Oxşar xəbərlər
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Bu tikinti şirkəti ləğv olunur
Vergi Xidmətində onlara yüksək vəzifə verildi
Bakının bu ərazilərində torpaq sahələri bahalaşdı – SİYAHI
Sabah Azərbaycan Ermənistana neft göndərəcək
Bu valyutalar ucuzlaşdı