850 minlik maşınla reyddə saxlanıldı, 50 manat cərimələndi – Sahibi kimdir?
Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.
Az24.az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobil sahibi saxlanılıb. 10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
Avtosfer-in əldə etdiyi məlumata görə, “Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə hallan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında “OO” olan nəqliyyat vasitələri idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına “Ferrari”, “Lamborghini” və “Porsche” kimi lyuks maşınlar daxildir.
Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkiliş kamerasında gizlənmək üçün avtomobillə ərazidən uzaqlaşıb.
Reklam
Oxşar xəbərlər
Uşaqları tez qocaldırlar – Elza ÜSYAN ETDİ
Deputatdan AÇIQLAMA – Videodakı mənim qızım deyil
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO