Dünyanın ən güclü pasportları – Azərbaycan neçəncidir?

Dünyanın ən güclü pasportları – Azərbaycan neçəncidir?

Dünya 10.01.2026 10:18 52

Arton Capital beynəlxalq kompaniyası dünyanın ən güclü pasportlarının reytinqini təşkil edən “Global Passport Power Rank 2026”nı açıqlayıb.
Az24.az Modern.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü pasportlarının reytinqinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu başçılıq edir.

İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və İspaniya gəlir.

İlk “10-luq”da daha sonra Belçika, Fransa, Almaniya, İsveç, Niderland, Finlandiya, Lüksemburq sıralanıb.

Dünyanın ən güclü pasportlarının reytinqində Azərbaycan pasportu 62-ci yerdə qərarlaşıb.

Ermənistan pasportu 66-cı yerdə gəlir.

Reytinqdə sonuncu üç yeri bu ölkələrin pasportları tutur:

100-cü yer: İraq
101-ci yer: Suriya
102-ci yer: Əfqanıstan

Reytinq vizasız səyahət imtiyazlarını və gediş zamanı viza almaq imkanını əhatə edən mobillik indeksi ilə müəyyən edilir. İndeks nə qədər yüksəkdirsə, pasport sahibinin qlobal mobilliyi bir o qədər yüksəkdir.

Reklam