Ukraynanın müdafiə naziri istefa verdi
Ukraynada hökumətdə mühüm kadr dəyişiklikləri baş verib. Ukraynanın müdafiə naziri Denis Şmıqal və rəqəmsal transformasiya naziri Mixayil Fedorov istefa veriblər.
AZ24.az xəbər verir ki, hər iki nazir istefa ərizələrini Ukrayna Ali Radasına təqdim edib. İstefaların səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, hökumət daxilində genişmiqyaslı kadr islahatlarının aparıldığı bildirilir.
İddialara əsasən, Denis Şmıqalın yaxın günlərdə energetika naziri vəzifəsinə təyin olunacağı gözlənilir. Rəqəmsal transformasiya naziri Mixayil Fedorovun isə Müdafiə Nazirliyinin rəhbəri postunu tutacağı qeyd olunur. Bu baş verəcəyi təqdirdə, Fedorov 2022-ci ilin fevral ayından etibarən Ukraynanın müdafiə naziri postunu tutan dördüncü şəxs olacaq.
Qeyd edək ki, Ukraynada davam edən müharibə fonunda hökumətdə tez-tez kadr dəyişikliklərinin aparılması təhlükəsizlik və idarəetmə sahəsində yeni yanaşmaların tətbiqi ilə əlaqələndirilir. (musavat.com)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO