Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib.
Az24.az xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib.
Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb.
Yenidən formalaşdırılmadan sonra icra nümayəndəliklərində ştat vahidləri aşağıdakı kimi saxlanılıb:
Şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə – icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi (mühəndis), aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 minədək olanda) – İcra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, xadimə. Cəmi 3 ştat.
Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə (əhali sayı 10 mindən yuxarı olanda) – icra başçısının nümayəndəsi, baş məsləhətçi – ev təsərrüfatının uçotu işinin aparıcısı, məsləhətçi və xadimə. Cəmi 4 işçi.
Başqa sözlə, qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırılanda əhali sayı nəzərə alınıb. Əhalisi 10 min nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3, 10 mindən çox olanda 4 əməkdaşı olacaq. (yenisabah.az)
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…