Adnan Əhmədzadəyə məxsus obyektin milyonlarla manat borcu üzə çıxdı
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən “Grand-Mart” marketlər şəbəkəsinin dövlətə milyonlarla manat borcu üzə çıxıb.o
Az24.az xəbər verir ki, borcun nə zamandan bəri yarandığı məlum deyil.
Hazırda marketlər şəbəkəsinin 3 789 039.12 manat vergi borcu mövcuddur.
Vergi Məcəlləsinin müddəlarına görə isə vergi borcunun gecikdirilməsi sanksiyalarla nəticələnə bilər.
Qeyd edək ki, “Grand-Mart” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur. “Grand-Mart” MMC-yə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir.
Xatırladaq ki, bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddia olunur. (milli.az)
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”