AMEA-da yeni şöbələr yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması barədə qərar qəbul edilib.
Az24.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AMEA-da Azərbaycan Prezidentinin dövlət dili ilə bağlı müəyyən etdiyi və ardıcıl şəkildə həyata keçirdiyi strategiyanın əməli fəaliyyətə çevrilməsi məqsədilə bir sıra mühüm tədbirlər görülüb: “Bu istiqamətdə atılan addımlar dil siyasətinin elmi əsaslar üzərində daha da möhkəmləndirilməsinə xidmət edir. Artıq akademiyada uzun illər fəaliyyət göstərən, dilçilik sahəsində mühüm rol oynayan Müasir Azərbaycan dili şöbəsinin bazasında daxili imkanlar hesabına yeni bir strukturun — Müasir Azərbaycan dili və nitq mədəniyyəti adlı şöbənin yaradılması barədə qərar qəbul edilib. Bu şöbə Azərbaycan dilinin norma və qaydalarının öyrənilməsi, nitq mədəniyyətinin inkişafı və dilin düzgün istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır”. (modern.az)
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”