Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının tədarükü həyata keçirilir.
Az24.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəri stansiyasından Ermənistana yola salınır.
Neft məhsulları ilə yüklənmiş vaqonlar Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Reklam
Oxşar xəbərlər
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
11.01.2026
20:53
Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
10.01.2026
16:23
Bu tikinti şirkəti ləğv olunur
09.01.2026
15:31
Vergi Xidmətində onlara yüksək vəzifə verildi
09.01.2026
13:40
Bakının bu ərazilərində torpaq sahələri bahalaşdı – SİYAHI
08.01.2026
11:06
Sabah Azərbaycan Ermənistana neft göndərəcək
07.01.2026
19:47
Bu valyutalar ucuzlaşdı
05.01.2026
09:29
Çin-Avropa yük qatarı Bakıya yola düşdü – FOTO
05.01.2026
09:20