Günün Qoroskopu: “Aydınlıq” yaxınlaşır
18 noyabr üçün ulduzlar hər bürc üçün yeni mesajlar göndərir. Bu gün bəzilərimiz hisslərimizdə tarazlıq axtarır, bəzilərimiz isə iş və maddi məsələlərdə mühüm qərarlarla üz-üzə gəlirik. Hər bürcün enerjisi fərqlidir. Kimisi yenilik istəyir, kimisi isə köhnə yükündən azad olmağ.
Qoç
Uzun müddətdir davam edən ünsiyyət problemləri ruhən sizi yorub. Bu gün pozitiv tərəfdən baxın: Münasibətlər sahəsində daha peşəkarlaşmaq yoldadır. Gündəmdə maliyyə məsələləri və sağlamlıq ola bilər. Tam əmin olmadığınız işlərdə addım atmamağınız məsləhətdir.
Buğa
Günlərdir aydınlaşmayan mövzular bu gün yavaş-yavaş həllini tapacaq. Göstərdiyiniz dəyərin qarşılığını almamaq sizi yorubsa, həyatınız üçün bir “təmizlik” prosesi içindəsiniz deməkdir. Qətiyyətli olmağınız vacibdir.
Əkizlər
Bu gün iş həyatınız ön planda olacaq. Tez qərar verməyin, düşünərək hərəkət edin. Fikirlərinizi hər kəsə açmayın, hər kəslə etibar etməyin. Əgər ev heyvanınız varsa, bu gün onların sağlamlığı ilə bağlı məsuliyyətlər yarana bilər.
Xərçəng
Enişli-çıxışlı ruh halınız sizi başqalarından təcrid olmağa yönəldib. Bu gün yalnız qalmaq istəyə bilərsiniz. Duyğularınızla üz-üzə gəlin, ehtiyaclarınızı bilin. Psixoloji sağlamlıq və mənəvi fəaliyyətlər faydalı ola bilər.
Şir
Özünüzü göstərmək, ön plana çıxmaq və sevdiyiniz insanların təqdirini qazanmaq istəyirsiniz, amma nəticələr sizi tam qane etmir. Xarici təsirlərlə mübarizəni dayandırıb özünüzü təkmilləşdirməyə yönəldikdə layiq olduğunuz mövqedə olacaqsınız.
Qız
Yaxın çevrənizlə bağlı gözlənilməz sürprizlər və ya arxada duran niyyətlər münasibətlərinizi yenidən gözdən keçirməyə vadar edə bilər. Sezgiləriniz bu günlərdə güclüdür. Çox düşünüb yorulmayın — instinktiv addımlarınız sizi xeyrə aparacaq.
Əqrəb
Bu gün doğrudan da siz üçün sıxışdıran vəziyyətlərdən, fayda gətirməyən insan və məqamlardan uzaqlaşmanın vaxtıdır. İtirməkdən qorxmayın və sıfırdan başlamaq sizə yaxşı gələcək.
Oxatan
Maraqlandığınız mövzular üzrə araşdırma apararaq, həyatınıza başqa bir məna qata bilərsiniz. Tək çalışmaq, özünüzlə vaxt keçirmək sizə fayda verəcək. Sağlamlığınıza diqqət yetirin.
Oğlaq
Bir müddətdir çəkindiyiniz problemlərlə bağlı yaxın çevrədən bir həll yolu görmək mümkündür. Hər şey istədiyiniz kimi olmasa da əlində olanlarla razı olmağı öyrəndikdə daha çox şey əldə edə bilərsiniz.
Dolça
Bu gün ailə böyüklərinizlə və ya işdəki müdüriyyətlə gərginlik yaşana bilər. Fərqli fikirlərə açıq olmaq lazımdır. Siz inad etdikcə münasibətlər daha da çətinləşə bilər. Bir az anlayışlı olmağa çalışın.
Balıq
Uzun müddətdir davam edən bulanıq sular bu gün bir az aydınlaşır. Sezgiləriniz çox qüvvətlidir. Yuxularınızın reallaşması mümkündür. Aranızda məsafə olan biri ilə ünsiyyəti bu gün bərpa etmək üçün yaxşı zaman ola bilər.
Reklam
Oxşar xəbərlər
Bu bürclərin həyatını dəyişəcək dövr başladı
Günün qoroskopu: “Sevindirici xəbər ala bilərsən”
Dekabrda bürcləri nə gözləyir?
Günün qoroskopu: “Gözlənilməz xəbərlər yaxınlaşır”
Günün qoroskopu: “Qarşına çıxan işarələrə diqqət et”
At ili kimlərə uğur, kimlərə çətinlik gətirəcək?
Günün qoroskopu: “Yeni yollar açılır”