Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən biri olan Nemət Pənahlını məhkəməyə verir.
Az24.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında sabiq dövlət başçısının oğlu bildirib.
“Nemət Pənahlının açıqlamasını yeni oxumuşam. İndi vəkili gözləyirəm. Gəlsin, iddianı hazırlayıb məhkəməyə təqdim edəcəyik”, – Ərturqut Əliyev vurğulayıb.
Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub.
80-ci illərin sonlarında Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.
Ə.Elçibəy 1992-1993-ci illərdə Azərbaycan Prezidenti olub (ikinci prezident).
O, 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Xatırladaq ki, N.Pənahlının son açıqlamaları ictimai müzakirələrə səbəb olub. O, “Meydan hərəkatı” dövründə toplanan böyük məbləğdə vəsaitin taleyi ilə bağlı sensasion iddialar irəli sürüb. Bildirib ki, guya 10 milyon vəsait AXC lideri və mərhum Prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənilib. N.Pənahlının sözlərinə görə, pul toplandıqdan sonra özü həbs olunub, azadlığa çıxdıqda isə pulu saxlayan Rəsul adlı şəxsdən hesabat tələb edib. Sözügedən şəxs hesabat təqdim etməkdən boyun qaçırıb.
Milli Azadlıq Hərəkatının tanınmış bir çox nümayəndəsi və Əbülfəz Elçibəyin silahdaşları N.Pənahlının dediklərini şər-böhtan və qərəzli yanaşma sayırlar.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı
Gömrük Postunun rəisi vəzifəsindən azad edildi – FOTO