“BakıKart” ləğv olunur? – AÇIQLAMA
Bəzi insanlar “BakıKart”ın ləğv edilcəyini iddia ediblər. Bunu onunla əsaslandırıblar ki, bəzi dayanacaqlardan ödəniş terminalları götürülüb.
Az24.az xəbər verir ki, “Bakı Kart”ın operatoru – “K Group” MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər sosial şəbəkələrdə və bəzi onlayn platformalarda paytaxtda ictimai nəqliyyatda metro və avtobuslarda istifadə olunan “BakıKart” kartlarının ləğv ediləcəyi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, “BakıKart” ödəniş sistemi tam şəkildə fəaliyyətini davam etdirir və “BakıKart” kartlarının ləğvi ilə bağlı hər hansı qərar və ya plan mövcud deyil:
“BakıKart” sistemi müasir texnologiyaların tətbiqi ilə daha da təkmilləşdirilir və istifadəçilərə daha rahat, çevik ödəniş imkanları təqdim olunur”.
Nəzərə çatdırılıb ki, yeni sistemin tətbiqi nəticəsində vətəndaşlar artıq təkcə “BakıKart” plastik kartı ilə deyil, eyni zamanda bank kartları, mobil tətbiqlər, NFC texnologiyası, həmçinin digər rəqəmsal ödəniş vasitələri vasitəsilə də gediş haqqını ödəyə bilirlər:
“Bu addım həm rahatlığı artırır, həm də nağdsız ödənişlərin genişlənməsinə şərait yaradır”.
Qeyd edək ki, ötən il metropolitenin bütün stansiyalarında, həmçinin avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”