Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”

Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”

Sosial 09.01.2026 12:40 10

Müğənni Manaf Ağayev Rəqsanə İsmayılovaya “Tarixin bir günü” canlı efirindən cavab verib.

Az24.az xəbər verir ki, Rəqsanə açıqlamaların birində Manafın ona həbsdə olarkəm sovqat göndərməsi barədə açıqlamasını yalanlamışdı.

M. Ağayev həmkarının bu açıqlamasından incidiyini bildirib: “Rəqsanə və Aysunun sözündən incimişəm. Bizdə qayda belədir ki, evin kişisini yığarlar, onunla danışarlar. 1 ay hər gün mən Fazil bəyə telefonla zəng etmişəm ki, necə kömək edə bilərəm.Görüşmək istəmişəm, icazə verilməyib. Axırda da Fazil müəllim məndən bezdi, telefon götürmədi. Bir nəfər tanışa da 500 manat verdim ki, adımdan ona nəsə alıb aparsın. Sonra zəng edib deyib ki, çatdırdım. ar olsun həmin adama.”

Reklam