Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir

Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir

Şou 09.01.2026 10:51 12

Məşhur müğənni Yıldız Tilbe qatıldığı bir proqramda uşaqlıq illərində keçirdiyi ağır qəza və bu hadisənin həyatında buraxdığı dərin izlərdən danışıb.

Az24.az xəbər verir ki, Tilbenin sözlərinə görə, uşaq vaxtı başına gələn hadisədən sonra sağ qulağı eşitmir.

“Delikanlım”, “Hastayım Sana”, “Haberi Olsun” və “Çabuk Olalım Aşkım” kimi unudulmaz mahnıların müəllifi olan Yıldız Tilbe, həyatına dair səmimi etirafları ilə diqqət çəkib.

Altı bacı-qardaşın ən kiçiyi olduğunu deyən müğənni uşaqlıqda yaşadığı hadisəni belə xatırlayıb:
“Hamı məni görəndə çox gözəl uşaq olduğumu deyirmiş. Bir gün evə gələn qonaqlardan biri bunu deyəndə, mən də balaca olduğum üçün qaz plitəsində qaynayan çaydanı üstümə çəkmışəm. Bədənim yanıb və altı ay xəstəxanada qalmışam. Bacı-qardaşlarım məni ziyarətə gələndə tanıya bilməyiblər. Həkimlər yaşayamayacağımı deyiblər, amma mən sağ qalmışam.”

59 yaşlı sənətçi həmin qəzanın onda qalıcı sağlamlıq problemi yaratdığını da bildirib: “Üzərimə tökülən qaynar çaydan səbəbindən sağ qulağım eşitmir.”

Müğənni vurğulayıb ki, uşaqlıqda yaşadığı bu ağır travmanın təsirləri bu gün də həyatında hiss olunur.

Dəniz

Reklam