Amerika filminin trilleri Nizami Gəncəvinin misraları ilə açılır
2025-ci ilin dekabrında nümayişə çıxan “Sağ qalan” (Not Without Hope) adlı Amerika trilleri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı ilə başlayır.
“Sınaq anında ümidinizi itirməyin, çünki büllur yağış qara buludlardan doğur” (In our hour of adversity, be not without hope, for crystal rain falls from the black clouds), — deyə sitatda bildirilir. Bu, filmin əsas mövzusunu — ölümcül təhlükə şəraitində sağ qalmağı və ümidi dərhal ön plana çıxarır.
Rejissor Co Karnahanın ekran işi 2010-cu ildə nəşr olunmuş Şuyler və Ceri Lonqmanın “Ümidsiz deyil” (Not Without Hope) kitabı əsasında çəkilib. Süjetin mərkəzində Meksika körfəzində güclü fırtına zamanı balıqçı qayığının qəzaya uğramasından sonra açıq dənizdə qalan dörd dostun real hekayəsi dayanır. Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə əməliyyatı nəticəsiz qalır və həmin şəxslər həyat uğrunda mübarizəni özləri aparmalı olurlar. (azertac)
Reklam
Oxşar xəbərlər
Nəriman Həsənzadədən ilə bağlı YENİ XƏBƏR
Nazir Xalq artistini belə təbrik etdi – FOTO
Leyla Əliyeva Məsud Pezeşkianın qızı ilə – FOTO
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
Azərbaycan ilk dəfə Ermənistana xal verdi
“Uşaq Avroviziya 2025”də səsləri onların qızı elan edəcək – FOTO