Azərbaycanda meşədə çobanın meyiti tapıldı

Azərbaycanda meşədə çobanın meyiti tapıldı

Hadisə 08.01.2026 21:55 22

Bu gün Ağcabədidə yerləşən meşə ərazisində kişi meyiti aşkar edilib.

AZ24.az-ın Teleqraf-a istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan hüquq- mühafizə orqanlarının araşdırmaları zamanı məlum olub ki, tapılan meyit Ağsu rayon sakini Xasayev Çingiz Gündüz oğluna məxsusdur.

Ç.Xasayevin meşə ərazisinə yerləşən fermada çoban işlədiyi bəlli olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Reklam