“Beşiktaş”dan ayrılan Mert Günok “Fənərbaxça” ilə razılaşdı
Türkiyənin “Fənərbaxça” klubu heyətini təcrübəli qapıçı ilə gücləndirib.
AZ24.az xəbər verir ki, İstanbul təmsilçisi “Beşiktaş”dan ayrılan Mert Günokla 2,5 illik müqavilə imzaladığını açıqlayıb.
36 yaşlı qapıçı üçün klub binasında imza mərasimi keçirilib. Tədbirdə “Fənərbaxça” Futbol Şöbəsinin məsul şəxsi Ertan Torunoğulları, idarə heyətinin üzvləri və idman direktoru Devin Özek iştirak ediblər.
Ertan Torunoğulları Mert Günokun yenidən komandaya qayıtmasından məmnunluğunu ifadə edərək, onun klub üçün xüsusi önəm daşıdığını bildirib. O qeyd edib ki, Mert Günok uzun illər “Fənərbaxça”nın şərəfini qoruyub və həm meydanda, həm də komandadaxili atmosferdə önəmli rol oynayacaq.
Mert Günok isə yenidən “Fənərbaxça” formasını geyinəcək olmağın onun üçün emosional olduğunu deyib. Təcrübəli qapıçı 34 nömrəli formanı seçdiyini və bu nömrə ilə yenidən uğur qazanacağına inandığını bildirib. O, həmçinin azarkeşlərin dəstəyinin onun üçün çox dəyərli olduğunu vurğulayıb.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi