Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Hadisə 17.11.2025 20:54 6

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZ24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Reklam