Toylara 5 dəqiqəlik ifa üçün 10 min manata gedirəm – Natiq Şirinov
“Toylarda 5 dəqiqəlik ifa üçün 10 min manat alıram”.
AZ24.az xəbər verir ki, bunu Azərbaycan milli ritm sənətinin tanınmış simalarından biri, Xalq artisti Natiq Şirinov modern.az saytına verdiyi müsahibəsində bildirib.
Tanınmış nağara ifaçısı qeyd edib ki, toylarda ifa üçün maksimum 50 min manat tələb edir. Onun sözlərinə görə, qiymət dəqiqəyə görə hesablanır:
“Mən 5 dəqiqəlik ifa üçün 10 min manat alıram. Bir dəfə kimsə dedi ki, nağaranı sadəcə çıxarıb göstərməyə nə qədər pul istəyərsən? Dedim, 5 min. Mən süpürgəçi ananın oğluyam, pul mənim üçün əsas dəyər deyil. Sadəcə, hazırkı reallıq budur ki, insanın dəyərini pulla ölçürlər, hamı pul haqqında düşünür. Bu məqaləni oxuyanlar da deyəcək ki, “bax, nə qədər qazanırmış”. Amma heç kim fikirləşmir ki, mən 150 nəfərlik heyətlə işləyirəm. Mən onlara digərləri kimi 10-15 manat vermirəm. Çıxış olub-olmamasından asılı olmayaraq, hər birinə 300 manat ödəyirəm. Əgər 10 min manatın 4-5 mini mənə qalırsa, qoy onlar da evlərinə 300–600 manat pul aparsınlar”.
Reklam
Oxşar xəbərlər
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir