Şəhriyarla Teymur şahmatdan bu qədər qazanıb – MƏBLƏĞ

Şəhriyarla Teymur şahmatdan bu qədər qazanıb – MƏBLƏĞ

İdman 08.01.2026 12:40 81

Dünyanın məşhur Chess.com portalı şahmat tarixində turnirlərdən ən çox mükafat qazanan qrossmeysterlərin tam siyahısını açıqlayıb.

Az24.az xəbər verir ki, siyahı yalnız mükafat fondu 10 000 dollardan çox olan turnirlər nəzərə alınmaqla tərtib edilib və 2025-ci il dekabrın 31-i tarixinə olan göstəriciləri əhatə edir.

Siyahıya Maqnus Karlsen başçılıq edir. Norveçli qrossmeyster indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) mükafat əldə edib.

İkinci yerdə 9 milyon 551 min 844 dollarla Anand Vişvanatan, üçüncü pillədə isə 8 milyon 45 min 979 dollarla Qarri Kasparov qərarlaşıb.

Siyahıya azərbaycanlı qrossmeysterlər də düşüb. Şəhriyar Məmmədyarov 1 milyon 781 min 988 dollar, Teymur Rəcəbov isə 1 milyon 117 min 290 dollar mükafat qazanıb.

Dəniz

Reklam