“Barselona” darmadağınla finala yüksəldi

“Barselona” darmadağınla finala yüksəldi

İdman 08.01.2026 09:31 9

İspaniya Superkubokunun yarımfinalında “Barselona” “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

AZ24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində, “Əl-İnma Bank” stadionunda keçirilən qarşılaşmada Kataloniya təmsilçisinin qollarını Ferran Torres (22), Fermin Lopes (30), Runi Bardqi (34) və Rafinya (38, 52) vurub.

Finalda “Barselona”nın rəqibi “Atletiko Madrid” – “Real Madrid” cütlüyünün qalibi olacaq.

Reklam