Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Mütəxəssislərin fikrincə, bəzi sadə dəyişikliklər uzun saatlar masa arxasında işləməyin mənfi təsirlərini böyük ölçüdə azalda bilər. Masa başında uzun müddət qalmaq yanlış duruş vərdişlərinə və ciddi bel ağrılarına səbəb olur.
Dr. Ceyson Snibb, masa arxasında çalışanların gün ərzində düzgün duruşu qorumasına kömək edəcək dörd təsirli tövsiyə paylaşıb.
Mütəxəssislərə görə, ABŞ-da çalışanların təxminən 66 faizində başın önə əyilməsi ilə xarakterizə olunan “texnologiya boynu” problemi müşahidə olunur. Ekrana uzun müddət önə əyilərək baxmaq boyun və bel ağrılarına, baş ağrısına və onurğa əyriliyinə yol aça bilər.
Snibbe uzun müddət oturmağın bədəni “sərt və gərgin” hala saldığını deyərək, müntəzəm hərəkətin vacibliyini vurğulayır.
O, masa arxasında çalışanlara bunları tövsiyə edir:
Ayaqüstə işləməyi sınayın
Hündür iş masaları onurğaya düşən yükü azaldır. Snibbe bildirir ki, ayaqüstə işləmək bədənin mövqeyini dəyişməsinə və hərəkət etməsinə imkan yaradır.

2024-cü ildə yayımlanan bir araşdırmaya görə, başı önə əyik vəziyyətdə olan şəxslər 30 dəqiqə ayaqüstə işlədikdən sonra duruş və əzələ yorğunluğu testlərində daha yaxşı nəticələr göstəriblər.
Qulaqlıqdan istifadə edərək daha çox hərəkət edin
Snibbe hər 30 dəqiqədən bir siqnal quraraq ayağa qalxıb hərəkət etməyi tövsiyə edir. Bu hər zaman mümkün olmadıqda isə simsiz qulaqlıqlardan istifadə edərək hərəkəti gün ərzinə yaymağın faydalı olduğunu qeyd edir.

Bel dəstəkli və qoltuqaltılı stul seçin
Yaxşı bir stulda bel üçün dəstək olmalıdır. Bu, onurğanı düzgün vəziyyətdə saxlayaraq qozbel duruşun qarşısını almağa kömək edir. Snibbe xüsusilə kompüter arxasında yazı yazanlar üçün qoltuqaltılı stulların boyun və çiyinlərə düşən yükü azaltdığını vurğulayır.

Bundan əlavə, noutbuku göz səviyyəsinə qaldırmaq duruşu yaxşılaşdırmağın praktik yollarından biridir.
Ofisdə müqavimət lentlərindən istifadə edin
Uzun müddət oturmaq əzələlərin kifayət qədər işləməməsinə və zəifləməsinə səbəb olur. Halbuki güclü əzələlər sağlam duruşun əsasını təşkil edir.

Snibbe ofisin müxtəlif yerlərinə – qapıya, masa ayağına və ya tutacaqlara – müqavimət lentləri bağlayaraq qısa güc məşqləri etməyin mümkün olduğunu bildirir. Məsələn, masa ayağına bərkidilmiş lenti ayaqlarla itələyərək sadə hərəkətlər etmək olar.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ
Mixək yalnız ədviyyat deyil: Sağlamlıq üçün faydaları