Prezidentin təltif etdiyi şəxslər kimdir?
Az24.az “Yeni Sabah”a istinadla həmin şəxslərlə bağlı məlumatları təqdim edir.
“Şöhrət” ordeni ilə təltif olunan Məsud Aşina Kopenhagen Universitetinin nevrologiya üzrə professorudur. O, dünyanın nüfuzlu mükafatlarından olan TÜBA-TÜBİTAK mükafatına layiq görülüb.
“Dostluq” ordeni ilə təltif olunan Ziya Acar – İqdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçıdır.
“Tərəqqi” medalı ilə təltif olun Akif Alaferdov Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimidir.
Xəlil Kələntər Yaponiyada yaşayan azərbaycanlı alimdir.
Sevinc Kərimova ABŞ-nin Kaliforniya ştatında Azərbaycan diasporu fəalıdır. O, 1990-cı illərdə populyar olan “Karvan” qrupunun yaradıcısıdır.
Fəridə Pənahova Böyük Britaniyadakı Azərbaycan diasporunun fəalıdır.
Bəxtiyar Siracov Avstriyada yaşayır. Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşıdır. O, 2005-ci ildə bir qrup həmkarı ilə birgə fizika üzrə Nobel mükafatı alıb.
Xədicə Zeynalova Almaniyada yaşayan azərbaycanlı pianoçudur.

Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO