Dünyaca məşhurlar Karib adalarında təcrid olundu

Dünyaca məşhurlar Karib adalarında təcrid olundu

Dünya 07.01.2026 12:38 20

ABŞ-ın Venesuelaya qarşı başlatdığı hərbi əməliyyat nəticəsində Karib dənizində hava məkanı mülki uçuşlara bağlanıb. Bu isə bölgədə tətil edən məşhurlar üçün ciddi çətinlik yaradıb.

AZ24.az xarici mətbuata istinadən xəbər verir ki, Leonardo Di Kaprio, Natali Portman, Mayk Tayson və Kvinn Latifah hava məkanı məhdudiyyətləri səbəbi ilə adalardan çıxa bilmirlər.

Hava məkanının bağlanması həm kommersiya, həm də xüsusi reysləri təsir altına alıb və lüks otellərdə yerlərin tükənməsinə səbəb olub.

Bəzi məşhurlar alternativ çıxış yolları axtarsalar da, vəziyyət hələlik qeyri-müəyyən olaraq qalır. Bu səbəbdən Leonardo Di Kaprio “Palm Springs” Beynəlxalq Film Mükafatına vaxtında çatmayıb.

Reklam