Gürcüstanda azərbaycanlıların toyu yasa döndü – Ölən və yaralılar var
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kəndində keçirilən toy mərasimində mübahisə yaşanıb.
AZ24.az xəbər verir ki, yanvarın 5-də axşam saatlarında baş vermiş insident bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.
Yerli actual.ge saytının məlumatına əsasən, məclisdə yaranan mübahisə daha sonra toydan kənar yerlərdə davam edib. Fiziki qarşıdurma zamanı orta yaşlı Fail Əliyev adlı şəxsin üzərinə avtomobil sürülüb və o, hadisə yerində ölüb.
Hadisə zamanı bıçaq yaraları alanlar Rustavi şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaqın aparıldığı bildirilib.
Yayılan məlumatlara əsasən, Fail Əliyev mübahisənin düşdüyü toyun tamadası olub. (APA)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO