İspaniya mətbuatından Arda Gülər iddiası: Alonso ona etimadı azaldır?

İspaniya mətbuatından Arda Gülər iddiası: Alonso ona etimadı azaldır?

İdman 06.01.2026 20:00 6

La Liqanın 18-ci turunda “Real Madrid” öz meydanında “Real Betis”i 5:1 hesabı ilə məğlub edib.

AZ24.az xəbər verir ki, qarşılaşmada Arda Gülər oyuna ehtiyat oyunçular skamyasında başlayıb, sonradan meydana daxil olaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Matçdan sonra ispan jurnalist Xulio Maldonado diqqətçəkən açıqlama verib.

O, Xabi Alonsonun Arda Gülərə olan etimadının azalmaqda olduğunu iddia edib. Maldaldonun fikrincə, türkiyəli futbolçunun kritik oyunda ilk “onbirlik”də yer almaması texniki heyətin verdiyi vacib mesaj kimi qiymətləndirilməlidir.

İspan jurnalist həmçinin vurğulayıb ki, futbolda əsas olan çalışmaq və meydanda düzgün münasibətlə özünü sübut etməkdir.

Reklam