Əziyyətlə mal-qara saxlayırsınız ki, balanız… – Aparıcı valideynlərə SƏSLƏNDİ
“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Az24.az xəbər verir ki, aparıcı xüsusən qızların rayonlarda yox, məhz Bakıda təhsil müəssisələrində oxumasını qınayıb:
“Şəhərdə gördüyüm biabırçılıqların 99 faizi tələbələrlə bağlıdır. Astara bölgəsindədirsə, qızını Lənkəran Dövlət Universitetinə qoy. Gəncə, Tovuz, Qazax bölgəsindədirsə, Gəncə Dövlət Universitetinə göndər. Yevlax və Kürdəmir tərəfdə yaşayanlar üçün Mingəçevir Dövlət Universiteti var. Naxçıvandadırsa, niyə Bakıya göndərirsiniz?
Mən demirəm ki, Bakıda oxumaq qadağan olunsun. Amma bir gün geyiminizi dəyişin, gecə şəhərə çıxın və görün nələr baş verir.
Biabırçılıqdır. Bir idmançı oğlan TikTok-da mesaj bölməsini mənə göstərir, tələbə qızlar ona şəkillər göndərirlər. Ay valideynlər, əziyyətlə mal-qara saxlayırsınız ki, balanız oxusun. Onsuz da fərasəti olan insan texnikom diplomu ilə də olsa, özünə iş tapacaq.
Bəs niyə bölgələrdəki universitetləri bu qədər aşağı səviyyədə görürsünüz? Mən Lerikdə qalsaydım, övladlarım üçün birinci seçimim Lənkəran Dövlət Universiteti olardı”.
Onun bu fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO