Salyandakı qəzada ölənlərin FOTOSU

Salyandakı qəzada ölənlərin FOTOSU

Cəmiyyət 05.01.2026 22:57 17

Salyanın Noxudlu kəndində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

AZ24.az “Unikal”anistinadla xəbər verir ki, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov, onun oğlu 1989-cu il təvəllüdlü Tərlan İmanov və sürücü, 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüblər.

Daha üç nəfər ‐ Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, ölənlərin hamısı bir maşında olub.

Reklam