Feyxoanın İNANILMAZ FAYDALARI

Feyxoanın İNANILMAZ FAYDALARI

Sağlamlıq 05.01.2026 19:21 15

Feyxoa həm özünəməxsus dadı, həm də zəngin tərkibi ilə sağlamlıq üçün olduqca dəyərli meyvələrdən sayılır. Xüsusilə payız və qış mövsümündə süfrələrdə yer alan bu meyvə orqanizmin bir çox ehtiyacını təbii yolla qarşılayır.

Feyxoa yodla zəngin meyvələrdən biridir. Bu xüsusiyyəti onu qalxanabənzər vəzin normal fəaliyyəti üçün faydalı edir. Yod çatışmazlığının qarşısının alınmasında feyxoanın müntəzəm qəbulu dəstək ola bilər.

Bu meyvə immun sistemini gücləndirən C vitamini ilə də zəngindir. Feyxoa orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, soyuqdəymə və mövsümi xəstəliklərə tutulma riskini azaldır.

Feyxoanın tərkibində olan liflər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Bağırsaqların normal işləməsinə kömək edir, qəbizliyin qarşısını alır və maddələr mübadiləsini sürətləndirir.

Antioksidantlarla zəngin olması feyxoanı hüceyrələri zərərli maddələrdən qoruyan meyvələrdən birinə çevirir. Bu xüsusiyyəti sayəsində orqanizmdə vaxtından əvvəl qocalma prosesini ləngidir və xroniki xəstəliklərin riskini azalda bilər.

Feyxoa ürək-damar sistemi üçün də faydalıdır. Qan dövranını yaxşılaşdırır, xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir və damarların elastikliyini qoruyur.

Bu meyvə sinir sisteminə müsbət təsir göstərir. Stressin azalmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və ümumi enerji səviyyəsinin yüksəlməsinə dəstək olur.

Mütəxəssislər feyxoanı təzə halda, həmçinin mürəbbə və püre formasında qəbul etməyi tövsiyə edirlər. Lakin qalxanabənzər vəzlə bağlı ciddi problemi olan şəxslərin istifadədən əvvəl həkimlə məsləhətləşməsi məqsədəuyğundur.

Dəniz

Reklam