Ailənin 5 üzvü ölmüşdü, indi də evləri yandı
Ağstafada yanğın hadisəsi baş verib.
Az24.az xəbər verir ki, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.
Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
11.01.2026
15:07
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
11.01.2026
09:42
Sabiq deputat vəfat etdi – FOTO
11.01.2026
09:20
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
10.01.2026
21:56
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
10.01.2026
21:50
Tanınmış alim vəfat etdi – FOTO
10.01.2026
15:14
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
10.01.2026
11:18
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı
10.01.2026
09:45
Həkimin idarə etdiyi maşın kanala düşdü – Ölən var
10.01.2026
09:00