Qızıl mağazasında öldürülən azərbaycanlının kimliyi bilindi – FOTO
Marneuli bazarında güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.
Az24.az-ın məlumatına görə, “Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, aldığı güllə xəsarətlərindən ölən şəxsin 27 yaşlı Sahib Bayramov olması müəyyənləşdirilib.
Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Onun əlində tapança ilə qızıl mağazasına doğru irəliləməsi görüntülərdə əks olunub.
Xatırladaq ki, dünən Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb.
Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata-oğulun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.
Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.
Fotoda: Sahib Bayramov
.jpg)

Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik