Trampın hədələdiyi Rodrigesdən ABŞ-a SÜRPRİZ HƏMLƏ
ABŞ Prezidenti Donald Trampın ABŞ maraqlarına zidd addımlar atacağı təqdirdə taleyinin Maduronkundan daha ağır olacağını söylədiyi Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigesdən ABŞ hökumətinə əməkdaşlıq çağırışı gəlib.
Az24.az xəbər verir ki, Rodriges “Instagram” hesabında “dünyaya və ABŞ-yə mesaj” paylaşaraq, xarici təhdidlərdən uzaq, qarşılıqlı hörmətə və beynəlxalq əməkdaşlığa əsaslanan bir mühitdə yaşamaq istədiklərini bildirib. O, sülh şəraitində birgə yaşamağa sadiq olduqlarını bir daha vurğulayıb.
“Prezident Donald Tramp, xalqlarımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir”, – deyə Rodriges bildirib. O əlavə edib ki, bu mesajı Maduro daim dilə gətirib və artıq bu, bütün Venesuelanın ortaq mövqeyidir.
Xatırladaq ki, Venesuela Ali Ədalət Məhkəməsi Maduronun saxlanılmasından sonra vitse-prezident Delsi Rodrigesin ölkənin müvəqqəti dövlət başçısı kimi səlahiyyətləri icra etməsinə qərar vermişdi.
Delsi Rodriges daha əvvəl Venesuela Müdafiə Şurasının fövqəladə iclasında ABŞ-dən Nikolas Maduronun dərhal azad edilməsini tələb etmiş, ölkədə sabitliyin qorunması və milli müdafiənin təmin olunmasına çağırış etmişdi. O, Maduronun “millətin yeganə prezidenti” olduğunu bildirərək, “Venesuela heç vaxt heç bir ölkənin koloniyası olmayacaq” demişdi.
ABŞ rəhbərliyinin tarix və ədalət qarşısında cəzalandırılacağını söyləyən Rodriges, “Venesuelaya qarşı edilənlər beynəlxalq hüququ pozan bir vəhşilikdir” ifadəsini işlətmişdi.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO