İki rayonda işıq olmayacaq
Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı, Yuxarı Cürəli, Zəhmətabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq”dan Az24.az-a verilən məlumata görə, Lənkəran EŞ-nin ərazisində 35 kV-luq “Hirkan” hava xəttində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbələri, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Məlumata görə, təmir və gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…