Kredit müddəti hansı hallarda uzadıla bilər? – VİDEO
Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddəti uzatmaq istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə uzadıldıqda aylıq ödəniş azalır.
Bəs bu nə qədər əlçatandır və hər kəsə şamil oluna bilərmi?
Az24.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur. Əgər, borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini sübut etsə və bank buna razılıq versə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin bildirdiyinə görə, banklar bu cür güzəşt və şərtlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə aid edilməyə bilər.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik