Trampdan Rodrigesə XƏBƏRDARLIQ: Cəzası Madurudan daha ağır olacaq
ABŞ Prezidenti Donald Tramp Maduraya qarşı həyata keçirilən əməliyyatla bağlı açıqlamalar verib.
Az24.az xəbər verir ki, təyyarədə jurnalistlərlə söhbət zamanı Venesuelaya hərbi müdaxilənin doğru və əsaslı olduğunu iddia edən Tramp bildirib ki, bu ölkədən ABŞ-a böyük həcmdə narkotik maddə daxil olur və Prezident Nikolas Maduro “narko-terror dövləti” idarə edib.
Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş olduğunu deyən Tramp, iri Amerika neft şirkətlərinin bu ölkəyə gedərək milyardlarla dollarlıq investisiyalara başlayacağını açıqlayıb.
O, Venesuelanın vitse-prezidenti Delsi Rodrigeslə sıx təmasda olduqlarını vurğulayaraq, “Venesuelada nəzarət bizdədir” deyib. O, hələ şəxsən Rodrigeslə görüşmədiyini, lakin administrasiyasındakı rəsmilərin onunla danışıqlar apardığını bildirib və “O, bizimlə əməkdaşlıq edir” ifadəsini işlədib, lakin detallara toxunmayıb.
Rodrigesin ABŞ maraqlarına zidd addımlar atacağı təqdirdə, taleyinin Maduronunkundan da pis ola biləcəyini bir daha vurğulayan Tramp, hazırkı Venesuela rəhbərliyindən “düzgün addımlar” gözlədiklərini deyib.
“Venesuela hazırda ölü bir ölkədir. Onu yenidən dirçəltməliyik. İnfrastrukturun bərpası üçün neft şirkətləri böyük sərmayələr qoymalıdır və onlar buna hazırdır”, – deyə Tramp bildirib.
O, Venesuelanın neft ehtiyatlarından istədikləri kimi istifadə etmək hüquqlarının olduğunu da iddia edib.
Tramp Maduronun saxlanılması ilə nəticələnən əməliyyat planında lazım gələrsə ikinci hücuma da hazır olduqlarını, lakin ilk əməliyyatda Maduronu ələ keçirdikləri üçün buna ehtiyac qalmadığını deyib. Venesuela rəhbərliyinin “ağıllı davranmayacağı” halda ikinci hücuma hər zaman hazır olduqlarını bildirən Tramp, “Bura Venesueladır, bu bizim bölgəmizdir”, – deyə vurğulayıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO