Elman Qəmbərov general Vaqif Axundova necə tələ qurmuşdu? – Polkovnik SİRLƏRİ AÇDI
“Bir vaxtlar Prezident yanında Xüsusi İdarənin rəisi olmuş, general-leytenant Elman Qəmbərovun qurduğu tələdən Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovu şəxsən xilas etmişəm”.
Az24.az xəbər verir ki, bunu Milli Qvardiyanın keçmiş komandanı, ehtiyatda olan polkovnik Əzizağa Süleymanov bildirib.
O, hadisəni belə nəql edib:
“Mənim tabeçiliyimdə olan Milli Qvardiya zabiti, kapitan Məmmədzadə Aydının evindən Sumqayıt şəhərində Elman Qəmbərovun tapşırığı ilə Xüsusi İdarənin əməkdaşları silah sursatı tapmışdılar və dərhal bu barədə Prezdent Heydər Əliyevə məruzə edilmişdi. Mən hansı əzablardan keçərək həmin silah sursatının vaxtilə kapitan Aydın Məmmədzadənin tabeçiliyində olan döyüş bölgəsində şəhd düşmüş döyüş yoldaşlarının üstündə yeganə nişanə qalan sursat olduğunu sübut etdim.
Şəhid olanlardan biridə Ülvi adlı Milli Qəhrəman idi. Ülvü döyüş zamanı zirehli texnikanın içində yanmışdı, ondan yeganə nişan qalan zapalsız qranat idi. Aydın Məmmədzadədə səhlənkarlıq edərək həmin zapalsız qranatı Ülvüdən yadigar qalsın deyə evində saxlamışdı. O zaman Aydın Məmmədzadə könülülərdən ibarət döyüşdə iştirak edən Sumqayıt taborunun qərərgah rəisi olmuşdu. Sonradan Milli Qvardiya sıralarına cəlb edilmişdi. Aydın Məmmədzadə dilinin bəlasına düşərək bu barədə bir nəfərə söyləmişdi. Həmin adamda kapitan Məmmədzadə Aydını Xüsusi İdarənin əməkdaşına satmışdı.

Elman Qəmbərovun da Vaqif Axundovun yerində gözü vardı. Məmmədzadə Aydını həbs etmişdilər. Bütün bu məlumatları toplayaraq general Vaqif Axundova təqdim etdim. Sonra Vaqif Axundovun tapşırığı ilə Milli Qvardiyanın komandanı, polkovnik Tofiq Rəsulovla bərabər hava limanında ölkənin o zamanki baş prokuroru Eldar Həsənovla görüşdük. Eldar Həsənovun sayəsində Aydın Məmmədzadə məhkəmənin hökmü ilə xidmətdə qalmaq şərti ilə 3 il şərti cəza aldı.
Sonralar məlum Xüsusi İdarə ləğv edildi, Milli Təhlükəsizlik Nazirliyinin (bu nazirlik də 2015-ci ildə ləğv edilib – red) tərkibinə verildi. Milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov Elman Qəmbərovu işdən qovdu. Vaqif Axundov da Namiq Abbasovun bacısının yoldaşını – polisdə sahə müvəkili işləyib təqaüdə göndərilmiş mayoru Xüsusi Dövlət Mühafizə Xidmətində vəzifəyə təyin edib, rütbə verdi”. (yenisabah.az)
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…